MƏLUMAT

Yay yaxınlaşdığı bir zamanda əksəriyyətimiz tətil haqqında düşünməyə başlayırıq.
Amma vizaya müraciət etmək və lazimı sənədləri toplamaq ideyası heç də ürəkaçan deyil.
Pasportunuzun "gücü" isə böyük fərq yarada bilər.
Heç vizasız səyahətə imkan verən pasportlar arasında pasportunuzun hansı yerdə gəldiyi sizə maraqlı olubmu?

Bu pasportlar vətəndaşlara vizasız (və ya sərhəddə viza alaraq) səyahət imkanı yaradır.

İlk üçlük


Yaponiya dünyanın "ən güclü" pasportuna malikdir
Henley and Partners adlı vətəndaşlıq məsləhətçi şirkətinin son indeksinə əsasən, qlobal sıralamada Yaponiya Sinqapurun ən güclü pasport statusunu əlindən alıb.
Artıq Yaponiya pasportu ilə dünya üzrə 189 ölkəyə vizasız və ya sərhəddə viza almaqla səyahət etmək mümkündür.
Sıralamadakı ikinci yeri Sinqapur və Almaniya bölüşürlər ki, bu ölkələrin vətəndaşları da 188 ölkəyə rahat səyahət edə bilərlər.
Üçüncü yeri isə 187 ölkəyə sadəcə pasportu təqdim edərək daxil olmaq şansı yaradan 6 ölkə tutur: Cənubi Koreya, Finlandiya, Fransa, İtaliya, İspaniya və İsveç.

İnkişaf edən ölkələr

Şengen Ərazisi ölkələrini (Avropa İttifaqında insanların azad səyahətinə görə) siyahının ilk yerlərində görməmək təəccüblü olmasa da, iki Asiya ölkəsinin indeksin yuxarısında görmək qeyri-adidir.
Son illərdə güclü diplomatik münasibətlər və artan beynəlxalq ticarət səbəbi ilə müxtəlif Asiya dövlətlərinin pasport statusu yaxşılaşıb.
Henley and Partners-ə görə, tək 2018-ci ildə səkkiz yeni ölkəyə vizasız səyahət imkanı alan BƏƏ qlobal cəhdlərə görə aparıcı yerdə gəlir.

Lakin bu ilin ən sürətlə inkişaf edən pasportu Ukraynaya məxsusdur. Belə ki, vətəndaşları 128 ölkəyə vizasız gedə bilərlər. Ukrayna ardınca Gürcüstan və Çin gəlir.

BƏƏ 2018-ci ildə vizasız səyahət imkanlarını genişləndirib

Bəs ABŞ-ın səyahət qadağası və Birləşmiş Krallığın Brexit-i necə?

Prezident Trump-ın müxtəlif, əsasən müsəlman ölkələrinə qarşı qoyduğu səyahət qadağasının ardından Birləşmiş Ştatlarda pasport və viza tələbləri barədə geniş müzakirələr başlamışdı.
Bununla belə, Birləşmiş Ştatlar 186 ölkəyə vizasız giriş imkanı yaratmaqla bir pillə yuxarı qalxaraq ən güclü pasportlar siyahısında dördüncü yerə çıxıb.
Birləşmiş Krallıq Avropa İttifaqından rəsmi olaraq 2019-cu ilin martında ayrılmalıdır, lakin ölkənin qlobal pasport siyahısındakı yeri keçən il ilə eynidir: dördüncü yer.

Çin sərhədlərini açır

Hətta Çin də azad səyahət hərəkatına qoşulub. Bu kommunist ölkəsi ənənəvi olaraq bağlı dövlət kimi tanınırdı.
Amma bu il 17 pillə irəliləyərək 68-ci yerə yüksəlib. Belə ki, Çin pasportuna sahib insanlar 70 ölkəyə vizasız səyahət edə bilərlər.

Bu yaxınlarda Çin, diplomatik əlaqəsi olduğu 59 ölkədən turistlərə məşhur Hainan əyalətinə bir aylıq vizasız giriş imkanı yaradıb. Məqsəd əyalətin iqtisadiyyatını xarici sərmayəçilərə açaraq inkişaf etdirməkdir.

Çin ölkədə turizmi inkişaf etdirmək üçün bəzi ölkələr üçün viza məhdudiyyətlərini ləğv edib. Belə bölgələrdən biri Haynan əyalətidir.

Afrika ən dramatik enmə yaşayıb

Afrika bütün qitələr içərisində ən böyük enmə yaşayan qitə olub. Belə ki, geriləyən 27 ölkədən 19-u Afrikada yerləşir.
Ötən bir neçə ildə dəniz vasitəsilə qitədən miqrasiya etməyə cəhd edən insanların sayı artıb.

Ən pis göstəricilər


Sıralamada sonuncu yerləri Əfqanıstanla İraq tutur. Bu ölkələrin pasportları ilə vizasıs yalnız 30 ölkəyə getmək olar
Somali, Suriya, Əfqanıstan və İraq siyahıda ən aşağı yerləri tuturlar. Bu ölkələrin vətəndaşları 33 və ya daha az dövlətə vizasız daxil ola bilərlər.
Həmin ölkələr son zamanlar şiddətli və dağıdıcı münaqişələrə şahid olub. Bəziləri isə hələ də davam edir.

ŞƏKİLLƏR