MƏLUMAT

Uşaqlıq boynu xərçəngi aktuallağını hələdə saxlamaqda davam edir. Belə ki, hər il təxmini 600 minə yaxın qadında ilkin olaraq bu xəstəlik aşkarlanır. Bu xəstəliyin yaranma səbəbinin,artıq HPV (insan papiloma virusu) olması təsdiqlənmişdir. HPV-un 100-dən çox növü məlumdur, bunların içərisində 40-a yaxın növü genital sistemi zədələyir. Bunların da təxminin 15-ə qədər növü onkogen tip hesab olunur. Xanımlarımız çox zaman yanlış məlumatlı olurlar,beləki onlara peyvənd vurulmuşdursa düşünürlər ki,uşaqlıq boynu xərçənginə tutulmayacaq və ya onlarda HPV infeksiyası pozitivdirsə müalicə olunacaq.Əslində isə bu peyvəndlər sadəcə olaraq HPV infeksiyasının bəzi tiplərinə(əsas yüksək onkogen tiplərinə) yoluxmamaq üçün aparılır.Təbii ki bu da həmin insanda xərçəng riskini kifayət qədər azaldır.Peyvənd qız və oğlan uşaqlarında təxmini 9-13 yaş aralığında aparılır.Peyvəndlər təbii ki daha irəli yaş dövrlərində də vurulur.Əsasən ilk cinsi həyata başlayana qədər vurulur.Əgər sizdə HPV (16,18 və s) onkogen tipləri aşkarlanmışdırsa peyvənd etməyin,çünki peyvənd müalicə məqsədi ilə aparılmır. Cervarix(2)-16,18
Gardasil(4)-6,11,16,18
Gardasil(9)-HPV 6,11,16,18,31,33,45,52,58.Daha effektlli olan təbii ki Gardasil 9 –dır.Qorunma 90% təşkil edir.